Xəbərlər
İttifaq üzvlərimizin asudə vaxtının səmərəli təşkili
12/09/2016, 11:23

Həmkarlar İttifaqı üzvlərinin asudə vaxtlarının səmərəli təşkili,onların istirahətinin təmin edilməsi və kollektivdə mehriban münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə üzv təşkilatlarımızdan olan Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhərində Şəki yaylasında ekskursiyada oldular.Gəzinti iştirakçılara xoş istirahət etmək,bir-birilə ünsiyyət qurmaq və gündəlik iş qayğılarından bir qədər uzaqlaşmaq imkanı yaratmışdır.Belə tədbir Həmkarlar İttifaqı üzvlərinin sosial və mənəvi rifahına müsbət təsir göstərir.







