Xəbərlər
İttifaq üzvlərimizin istirahətinin səmərəli təşkili

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə Gədəbəy rayonu Narzan istirahət mərkəzinə maraqlı səfər təşkil olundu.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə Qazax şəhəri Mehdi Hüseyn adına humanitar və təbiət fənləri təmayüllü məktəb liseyində çalışan pedaqoji işçilərə səfər təşkil edildi.
Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ,ETİHİ Qazax Rayon Komitəsi nə dərin minnətdarlıqları bildirildi, müəllimlərin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənəvi dəyərlərinin zənginləşdirilməsi istiqamətində həyata keçirilən bu cür təşəbbüslərin əhəmiyyətini xüsusi vurğulandı.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi bundan sonra da həmkar üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onların istirahətinin təşkili və mədəni-maarifləndirici tədbirlərə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.







