Xəbərlər
İttifaq üzvlərimizin yubley tədbiri qeyd olundu
03/09/2026, 13:45

Qazax rayon Səlamət Həsənov adına Baıa Çaylı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nağıyeva Afina Nadir qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Afina xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətli və vicdanlı yanaşması, kollektivdə qazandığı hörmət və nüfuzu qeyd olunub. Yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulanıb.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən Afina xanıma xatirə hədiyyəsi, fəxri fərman və gül buketi təqdim olunub.




