Xəbərlər
İttifaq üzvlərimizin yubley tədbiri qeyd olundu.
05/11/2026, 12:47

Bu gün ETİHİ Qazax rayon komitəsinin üzv təşkilatlarından olan Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Humay Eyvazovanın 65 illik yubiley tədbiri keçirildi.
Tədbirdə ETİHİ Qazax rayon komitəsinin sədri Donara Həsənova, Qazax Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov və kollektiv üzvləri iştirak etdilər.
Görüş zamanı D.Həsənova Humay müəlliməni 65 illik yubileyi münsibətilə təbrik edərək onun uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətini yüksək qiymətləndirib.
Yubiley münasibətilə Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsi tərəfindən yubliyara fəxri fərman, gül buketi və hədiyyə təqdim olunub.




