Xəbərlər
İttifaq üzvlərimizin yubley tədbirindən
11/03/2026, 16:11

Qazax rayon Çaylı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Həsənova Qızyetər,Hüseynəliyev İlqar,Nağıyeva Mehparə 65 illik yubileyləri münasibətilə ailəvi istirahət mərkəzlərinin birində əlamətdar tədbir təşkil olunub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Qazax rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Ə.Məmmədov və məktəbin kollektivi iştirak etmişdir. Çıxış edənlər yubilyarları yubiley münasibətilə səmimi-qəlbdən təbrik edərək, onlara uzun ömür can sağlığı arzuladılar.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən onlara xatirə hədiyyəsi və yubiley simvolu olan tortlar hədiyyə edilib.





