Xəbərlər
İttifaq üzvlərinə yaradılan şərait
26/06/2026, 10:19

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında çalışan təhsil işçilərinin bir qrupu Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən təhsil və istirahət mərkəzində istirahət etmək imkanı əldə etdiər. İstirahətdə iştirak edən həmkarlar göstərilən diqqət və qayğıdan böyük məmnunluq duyduqlarını bildirərək, onlar üçün yaradılmış yüksək şəraitə görə Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə səmimi təşəkkürlərini ifadə ediblər.




