Xəbərlər
İttifaq üzvlərinə yaradılan şərait
07/07/2026, 10:22

Ağstafa rayon Qırlı kənd tam orta məktəbinin kollektivi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nın dəstəyi ilə Tovuz rayonunun füsunkar Əsrik bölgəsinə səfər etdilər.
Səfər iştirakçıları onlar üçün yaradılan bu gözəl şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını ifadə edərək, təhsil işçilərinə göstərilən davamlı qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.



