Xəbərlər
İttifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Həzi Aslanov qəsəbəsi körpələr evi-uşaq bağçasının kollektivi Tovuz rayonunun Əsrik bölgəsinə səfər edib.
Səfər çərçivəsində kollektiv üçün yaradılmış şərait onların asudə vaxtlarının səmərəli və xoş keçirilməsinə imkan yaradıb. Səfərdə iştirak edən təhsil işçiləri göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək, yaradılmış şəraitə görə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Kollektiv qeyd edib ki, təhsil işçilərinin istirahətinin və asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən bu cür tədbirlər hər bir əməkdaşda böyük məmnunluq yaradır.
Bu diqqət və qayğıya görə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nın rəhbərliyinə, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Təhsil işçilərinə göstərilən diqqət və qayğı onların əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir. Belə gözəl təşəbbüslərin davamlı olması hər bir həmkarımız üçün böyük sevinc və motivasiya mənbəyidir.




