“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İttifaq üzvlərinin Gədəbəy səfəri

30/05/2026, 22:35
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin təşkilatlarından olan Köçəsər kənd 2 nömrəli tam orta məktəbin kollektivi həmkarlar təşkilatının dəstəyi ilə Gədəbəy rayonuna səfər etdilər. Təşkil olunan səfər kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılandı, onlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirdilər.

Səfər iştirakçıları yaradılan şəraitə görə ilk növbədə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə öz dərin təşəkkürlərini ifadə edərək, bu cür tədbirlərin kollektiv arasında həmrəyliyin, səmimiyyətin və motivasiyanın daha da güclənməsinə səbəb olduğunu qeyd etdilər.

Qeyd olundu ki, belə maarifləndirici və istirahət xarakterli səfərlər təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların mənəvi ruh yüksəkliyinə də müsbət təsir göstərir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: