Xəbərlər
İttifaq üzvlərinin istirahəti davam edir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Poylu kənd tam orta məktəbinin kollektivi Tovuz rayonunun füsunkar Əsrik bölgəsinə istirahət və ekskursiya məqsədilə səfər etdilər .
Kollektiv üzvləri onlar üçün yaradılan bu gözəl şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildirərək, bu cür təşəbbüslərin təhsil işçilərinin sosial rifahına və mənəvi istirahətinə mühüm töhfə verdiyini xüsusi vurğuladılar.
Səfər iştirakçıları həmkarlar ittifaqının təhsil işçilərinə göstərdiyi davamlı qayğı və diqqəti yüksək qiymətləndirərək, gələcək fəaliyyətində uğurlar arzulamış, bu xoş təşəbbüsə görə təşəkkürlərini ifadə etdilər.




