Xəbərlər
İttifaq üzvlərinin Quba-Nazlı Bulaq səfəri
13/11/2026, 09:43

Həmkarlar ittifaqının üzvləri üçün Qubanın füsunkar təbiətinə təşkil olunmuş səyahət iştirakçılara xoş və unudulmaz anlar bəxş etmişdir.Səyahət zamanı üzvlərimiz gözəl mənzərələrdən zövq almış,istirahət etmiş,eyni zamanda bir-biri ilə ünsiyyətlərini daha da möhkəmləndirmişlər.Belə tədbirlərin keçirilməsi kollektivdə birlik,həmrəylik və mehribanlıq münasibətlərinin güclənməsinə xidmət edir.Həmkarlar ittifaqı olaraq üzvlərimizin asudə vaxtının səmərəli təşkili,onların istirahət və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzimizdədir.İnanırıq ki,bu gözəl səyahət hər bir iştirakçının yaddaşında xoş xatirələrlə qalacaqdır.Bütün iştirakçılara xoş istirahət və bol-bol gözəl günlər arzulayırıq!







