Xəbərlər
İttifaq üzvlərinin yay gəzintiləri davam edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 11 və 14 iyul 2026-cı il tarixlərində Salyan şəhəri O.Rəhimov adına 5 nömrəli uşaq bağçasının və Salyan şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim kollektivləri üçün ölkəmizin yüksək turizm potensialına malik guşələrindən olan İsmayıllı - Qəbələ və Lənkəran -Astara rayonlarına ekskursiyalar təşkil edilib.
Bölgələrin zəngin təbiəti, əsrarəngiz mənzərələri və qədim tarixə malik mədəniyyət abidələri səfəri daha yaddaqalan edib. İştirakçılar bölgələrin özünəməxsus dadı ilə seçilən mətbəxlərinin qonağı olub, birlikdə yaddaqalan xoş, səmimi anlar yaşayıblar.
Səfər boyu paylaşılan maraqlı söhbətlər və birlikdə yaşanan sevinc dolu anlar həmkarlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olub.
Onlar birlikdə keçirdikləri bu gözəl günün təşkili və göstərdiyi diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz minnətdarlıqlarını bildiriblər.
Təhsil işçilərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili, onlar arasında birlik və həmrəylik münasibətlərinin tənzimlənməsi ETİHİ Salyan Rayon Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir.











