Xəbərlər
İttifaq üzvlərinin yay istirahət günləri

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa rayon Vurğun qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi Tovuz rayonunun Əsrik bölgəsinə səfər edib.
Səfər çərçivəsində kollektiv üzvləri bölgənin gözəl təbiəti ilə tanış olub, asudə vaxtlarını səmərəli və xoş əhval-ruhiyyə şəraitində keçiriblər.
Artıq iki ilə yaxındır ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində müşahidə olunan müsbət dəyişikliklər və əldə olunan uğurlar hər bir təhsil işçisinin böyük məmnunluğuna səbəb olur. Xüsusilə rayon təhsil işçilərinin asudə vaxtının səmərəli və maraqlı təşkil olunması istiqamətində həyata keçirilən tədbirlər, müxtəlif səfərlərin və istirahət proqramlarının təşkili həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Görülən bu işlər hər bir təhsil işçisində həmkarlar ittifaqı üzvü olmağın yaratdığı məmnunluq və inam hissini daha da artırır. Bu gün təhsil işçiləri həmkarlar ittifaqının onların yanında olduğunu, sosial rifahının və asudə vaxtının səmərəli təşkili istiqamətində mühüm addımlar atıldığını aydın şəkildə görürlər.




