Xəbərlər
İttifaq üzvlərinin yubiley yaşları qeyd olunub
30/04/2026, 14:35
ETİHİ Şəki Şəhər Komitəsi illik Fəaliyyət Planına uyğun olaraq sosial dəstək tədbirlərinə xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ittifaq üzvlərinin yubiley yaşlarının qeyd olunmasıdır ki, bu ənənə aprel ayında da davamlı xarakter daşıyıb.
Təhsil sahəsində illərlə zəhmət çəkmiş, peşəkarlığı və fədakarlığı ilə seçilən ittifaq üzvlərinin yubileylərinin qeyd edilməsi onların fəaliyyətinə göstərilən diqqət və hörmətin ifadəsidir.










