Xəbərlər
İttifaq üzvümüz Hüseyinova Şamama oğlu Şəhid Hüseyin Səmədovun xatirəsi dərin ehtiramla yad edildi.
30/08/2026, 11:24

Anım mərasimində Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri,Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova , şəhid ailələri və Ağsu şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin kollektivi iştirak edərək şəhidimizin əziz xatirəsinə hörmətlərini ifadə etdilər.
Şəhidlərimiz xalqımızın qürur mənbəyidir. Onların göstərdiyi qəhrəmanlıq və Vətən sevgisi hər zaman yaddaşlarda yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.













