Xəbərlər
İttifaq üzvümüz psixoloq və loqoped tərəfindən fərdi reabilitasiya məşğələlərinə başladı
20/04/2026, 15:43

İttifaq üzvümüz Yeganə Kərimlinin müraciəti əsasında övladı Mələk nitq və psixoloji inkişafında olan çətinliklərin aradan qaldırılması məqsədilə “Starkids” Uşaq psixoloji inkişaf mərkəzində psixoloq və loqoped İnarə xanımın məşğələlərinə cəlb edilib.
ETİHİ Neftçala rayon komitəsinin dəstəyi ilə Mələk fərdi şəkildə reabilitasiya məşğələlərində iştirak edir. Məqsəd onun ünsiyyət bacarıqlarının və ümumi inkişaf səviyyəsinin artırılmasıdır.
İttifaq üzvlərinin sosial rifahı və ailələrinin inkişafı daim diqqət mərkəzində saxlanılır.





