Xəbərlər
İttifaq üzvümüz, şəhid anası Reyhan Rüstəmova yubileyi münasibətilə ETİHİ Xətai Rayon Komitəsi tərəfindən təbrik edildi

Bu gün Xətai rayonu Elman Məmmədov adına körpələr evi-uşaq bağçasında çalışan ittifaq üzvümüz, şəhid anası Reyhan Rüstəmovanı 60 illik yubileyi münasibətilə təbrik etmək üçün onun çalışdığı təhsil müəssisəsində olduq.
İttifaq üzvümüzə yubileyi münasibətilə ETİHİ Respublika Komitəsinin sədri adından və ETİHİ Xətai Rayon Komitəsi adından ən xoş arzularımızı çatdırdıq, ona gül dəstəsi və hədiyyə təqdim etdik. Həmçinin Reyhan xanım bağçanın rəhbərliyi tərəfindən də yubileyi münasibətilə təbrik olundu və ona gül dəstəsi təqdim edildi.
ETİHİ Xətai Rayon Komitəsi hər zaman ittifaq üzvlərinə diqqət və qayğı ilə yanaşır.
Xatırladaq ki, ittifaq üzvümüz Reyhan Rüstəmovanın oğlu Rövşən Rüstəmov 44 günlük Vətən müharibəsinin şəhididir. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Laçının və Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.





