Xəbərlər
İttifaq üzvümüz Vətənmizin qəhrəman övladının qardaşı Ayadov balamirzə müəllimlə səmimi görüş keçirildi

Bu gün həmkarlar ittifaqının ictimai fəaliyyətində yaxından iştirak edən, Vətənimizin qəhrəman övladının qardaşı Ayadov Balamirzə müəllimlə səmimi görüş keçirildi.
Görüş zamanı Balamirzə müəllimlə həm şəhidlərimizin əziz xatirəsi, həm də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi barədə geniş söhbət aparıldı. Onun Vətənə, dövlətə bağlılığı, şəhid ailələrinə göstərdiyi diqqət və ictimai fəallığı hər birimiz üçün örnəkdir.
Şəhidlərimizin bizə əmanət qoyduğu müqəddəs dəyərlərin yaşadılması, onların ailələrinin daim diqqətdə saxlanılması hər birimizin mənəvi borcudur. Bu cür görüşlər həm birlik və həmrəyliyimizi möhkəmləndirir, həm də gənc nəslə vətən sevgisi aşılayır.




