Xəbərlər
Türkiyəli aktyor Erhan Ufak Bakı Peşə Təhsil Mərkəzinin qonağı olub

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə Texnika və Texnologiya üzrə Bakı Peşə Təhsil Mərkəzində Türkiyəli aktyor Erhan Ufak qonaq olub.
Tədbiri mərkəzin direktor əvəzi Səbinə Hacıyeva açaraq tədbirin əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra söz Sübut Əsədova verilmişdir. S. Əsədov aktyorla olan şəxsi münasibətlərindən, həmçinin onun Türk Sənət Akademiyasında mövcud olan ixtisaslar barədə tədbir iştirakçılarına məlumat vermişdir. Eyni zamanda, S. Əsədov aktyorun dünyaca məşhur olan “Qurdlar Vadisi” filmində rol aldığını və Azərbaycanda böyük sevgi qazandığını diqqətə çatdırmışdır.
Ardınca söz Erhan Ufaka verilmişdir. Tələbələr Erhan bəyi alqışlarla qarşılamışlar. Erhan Ufak tələbələrlə məntiqi ünsiyyət, özünü təqdimetmə, düzgün diksiya və səhnə çıxış bacarıqları mövzularında fikir mübadiləsi aparmışdır. O, bu sahədə istedadlı və potensiallı gənclərin üzə çıxarılması, həmçinin onların zərərli vərdişlərdən uzaq durmalarının təşviqi məqsədilə Türk Sənət Akademiyasında Türkiyədən dəvət olunmuş təcrübəli müəllimlərin fəaliyyət göstərdiyini bildirmişdir.
Erhan Ufak göstərilən diqqətə görə ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədova və mərkəzin rəhbəri Səbinə Hacıyevaya minnətdarlığını ifadə etmişdir.
Həmçinin qeyd edilmişdir ki, Erhan Ufak özü də vaxtilə peşə təhsili almışdır. Bu fakt peşə təhsilinin gələcək karyera imkanları baxımından nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir və tələbə gənclər üçün mühüm motivasiya mənbəyi kimi dəyərləndirilir.
Sonda tələbələrin xahişi ilə xatirə şəkilləri çəkilmişdir.








