Xəbərlər
Türkiyənin İstanbul şəhərində “İstanbul EdUnion Forum 2026” beynəlxalq təhsil forumu keçirilib.

16–17 iyun 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində “İstanbul EdUnion Forum 2026” beynəlxalq təhsil forumu keçirilib. Forumda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqını Gəncə Şəhər Komitəsinin sədri Niyazi Nəbiyev və Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov təmsil ediblər.
“Qlobal qeyri-müəyyənliklər dövründə təhsil və əmək: ümumi çətinliklər və həll yolları” mövzusuna həsr olunan forumda təhsil və əmək sahəsində mövcud çağırışlar, müəllimlərin sosial müdafiəsi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Tədbirin yekununda qəbul edilən Bəyannamədə təhsilin fundamental insan hüququ kimi qorunması və təhsil işçilərinin hüquqlarının müdafiəsi əsas prioritetlər kimi vurğulanıb.






