Xəbərlər
Uca ada hər zaman dəyər verilir.
30/01/2026, 07:37

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən təşkilat üzvlərimizdən olan, doğum günləri qeyd edilən bir neçə müəllimin yubiley tədbiri təşkil olunmuşdur. Tədbir səmimi və xoş ovqatlı şəraitdə keçmiş, müəllim əməyinə verilən dəyər və göstərilən diqqət bir daha öz əksini tapmışdır. Yubiley münasibətilə təbrik olunan müəllimlər onlara göstərilən qayğı və diqqətə görə böyük məmnunluq hissi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, həmçinin tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürlərini bildirmiş, bu cür tədbirlərin müəllimlər üçün mənəvi stimul olduğunu xüsusi vurğulamışlar.








