“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uca ada verilən dəyər

20/04/2026, 11:53
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Köhnə Qışlaq kənd tam orta məktəbinin müəllim kollektivinin təşəbbüsü ilə keçirilən tədbirdə iştirak etdik. Kollektiv 65 yaşı tamam olan yubilyar müəllimi təbrik etmək məqsədilə səmimi və yaddaqalan bir tədbir təşkil etmişdi. Mehriban və xoş münasibəti ilə seçilən kollektivin hazırladığı bu görüş iştirakçılarda xoş təəssüratlar yaratdı. Tədbirə dəvət olunduğumuza görə həmkarlarımıza dərin minnətdarlığımızı bildiririk. Qeyd etmək lazımdır ki, Köhnə Qışlaq kəndi sərhəd kəndlərimizdən biri olmaqla yanaşı, qəhrəmanlığı ilə seçilən yaşayış məntəqələrimizdəndir. Belə bir kənddə fəaliyyət göstərən müəllimlərin birlik və həmrəyliyi xüsusilə təqdirəlayiqdir.

Sosial şəbəkələrdə paylaş: