“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ucqar kənd məktəbində "Bilik Günü" təntənəsi və qabaqcıl müəllimin mükafatlandırılması

15/09/2026, 10:53
xeber1

​Yeni tədris ilinin başlaması münasibətilə Samux rayon Sarıqamış kənd tam orta məktəbində 15 Sentyabr – "Bilik Günü"nə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Samux rayonu üzrə təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsinin sədri, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və kənd sakinləri iştirak ediblər.

​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, təhsil ocağına ilk qədəmlərini qoyan birincilərə uğurlar arzulayıblar.

​Tədbirin sonunda xüsusi qürurverici məqam yaşanıb. 2025–2026-cı tədris ilində 4-cü siniflər üzrə keçirilən monitorinq imtahanında rayon üzrə ən yüksək nəticəni göstərərək 1-ci yeri tutan ibtidai sinif müəllimi Abbasova Könül Vəliyəddin qızına Həmkarlar İttifaqı Təşkilatı tərəfindən gül buketi və xatirə hədiyyəsi təqdim olunub.

​Həmkarlar təşkilatının nümayəndələri ucqar kənd məktəbində belə yüksek akademik göstərici əldə etməyin böyük zəhmət tələb etdiyini vurğulayaraq, müəllimə fədakar fəaliyyətinə görə təşəkkür ediblər. Mükafatlandırılan müəllim də öz növbəsində göstərilən diqqət və dəyərə görə minnətdarlığını bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: