Xəbərlər
Ucqar kənd məktəbində Yel çərşənbəsinə həsr olunmuş bayram tədbiri təşkil olunub

Siyəzən rayonunun Yanıq Ələz kəndində yerləşən ümumi orta məktəbdə Novruz bayramı ərəfəsində Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə sektor müdiri Elşad Sultanov və ETİHİ Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva iştirak ediblər.
Qarlı və küləkli hava şəraitinə baxmayaraq, məktəb kollektivi tərəfindən milli adət-ənənələrimizi əks etdirən zəngin proqram təqdim olunub.
Şagirdlərin ifasında rəqslər və səhnəciklər tədbirə xüsusi rəng qatıb.
Tədbir çərçivəsində məktəbin fəal müəllimlərinə təşəkkürnamələr təqdim edilib, ittifaq üzvlərinə Novruz bayramı münasibətilə hədiyyələr təqdim olunub.
Bayram tədbiri ucqar kənd məktəblərində çalışan müəllimlərə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi məktəb kollektivi tərəfindən yüksək dəyərləndirilib.






