“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UGİM kollektivi üçün ekskursiya təşkil edilib.

07/07/2026, 11:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi, eləcə də ölkəmizin zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olmaları üçün şərait yaratmaq olub.

Səfər çərçivəsində iştirakçılar Qəbələ və İsmayıllı rayonlarının füsunkar təbiəti, tarixi-mədəni abidələri və görməli məkanları ilə tanış olub, bölgələrin turizm imkanlarını yaxından izləyiblər. Ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb və onların mənalı istirahətinə töhfə verib.

Bərdə Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib. Qeyd olunub ki, bu cür ekskursiyalar kollektiv üzvləri arasında həmrəyliyin möhkəmlənməsinə, işgüzar motivasiyanın artırılmasına və asudə vaxtın səmərəli təşkilinə mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: