“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UGİM-nin akt zalında “Elmə aparan yollar” adlı elmi-praktiki konfrans keçirilib.

24/04/2026, 16:53
xeber1

23 Aprel 2026-cı il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhər 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə UGİM-nin akt zalında

“Elmə aparan yollar” adlı elmi-praktiki konfrans keçirilib.


Tədbirin əsas məqsədi gənclərin elmə marağının artırılması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və elmi fəaliyyətə təşviq olunmasıdır.


Konfransda Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı rayon Təhsil Sektorunun Aparıcı Məsləhətçisi Mayıl Səftərov, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova, İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova, rayon ümumtəhsil məktəblərinin direktor, müəllim və şagird heyəti, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər iştirak ediblər.Maraqlı keçən elmi praktik konfransda nümunəvi dərs keçən və fəallıq göstərən dərnək rəhbərləri ETİHİ Rayon Komitəsi tərəfindən diplomla, fəallıq göstərən dərnək üzvləri isə təşkilatçılar tərəfindən sertifikatlarla mükafatlandırılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: