“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uğurlarla dolu ömrün 65 illik yubileyi qeyd olundu

22/10/2025, 14:26
xeber1

Uğurlarla dolu ömrün 65 illik yubileyi qeyd olundu! 

  Göyçay rayon Yeniarx kənd tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyəti, zəhməti və səmimiyyəti ilə seçilən Sahib Tağıyev Şura oğlunun 65 illik yubileyi böyük sevinc və ehtiramla qeyd olundu. 

  Şəhər mərkəzindən 12 km məsafədə yerləşən məktəbdə keçirilən tədbirdə ETİHİ Göyçay rayon komitəsinin sədri Kəmalə Səmədova, məktəb rəhbərliyi və kollektiv iştirak etdilər. 

  Tədbir zamanı çıxış edənlər uzun illər təhsilə, gənc nəslin yetişdirilməsinə verdiyi töhfələrə görə Sahib müəllimi təbrik edərək ona möhkəm can sağlığı, ailə səadəti və işində uğurlar arzuladılar.

  Tədbir çərçivəsində Sahib müəllimin səmərəli pedaqoji fəaliyyətinə və təhsilin inkişafına verdiyi töhfələrə görə ona Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu. 

  Duyğulu anların yaşandığı yubiley tədbiri səmimi çıxışlar, minnətdarlıq dolu sözlər və xoş arzularla yadda qaldı.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: