Xəbərlər
Uğurlu nəticə və qürurverici nailiyyət

Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsində yüksək nəticələr əldə edərək məktəbin uğur salnaməsinə yeni nailiyyətlər yazıblar.
XI sinif şagirdi İsmayılova Gülsüm Ayaz qızı (Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə), IX sinif şagirdi Əlizadə Siyavuş Ülvi oğlu (Fizika fənni üzrə) və IX sinif şagirdi Hüseynov Ceyhun Ramil oğlu (Riyaziyyat fənni üzrə) yarımfinal mərhələsində uğur qazanaraq olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Bu nailiyyət şagirdlərin zəhmətinin, əzmkarlığının və müəllimlərin peşəkar dəstəyinin nəticəsidir. Şagirdlərimizin hazırlığında əməyi olan müəllimlərə səmimi təşəkkürümüzü bildirir, onların gənc nəslin yetişməsində göstərdikləri fədakar fəaliyyətə yüksək qiymət veririk.
Şagirdlərimizi ürəkdən təbrik edir, qarşıdan gələn final mərhələsində onlara yeni uğurlar və parlaq nəticələr arzulayırıq.





