Xəbərlər
Uğurlu şagirdimiz Nilufər Şükürova ilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova ilə görüşüb.
Görüş zamanı Nilufər Şükürovanın dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Shanghai Universitetinə qəbul olunması münasibətilə təbriklər çatdırılıb. Qeyd edilib ki, o, qəbul zamanı 72 min ABŞ dolları məbləğində dövlət tərəfindən maliyyələşdirilən təqaüd qazanıb və bu ali məktəbə qəbul olan ilk azərbaycanlı şagird kimi fərqlənib.
ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov şagirdi bu uğur münasibətilə təbrik edərək ona qiymətli hədiyyə təqdim edib və gələcək təhsil həyatında uğurlar arzulayıb.










