Xəbərlər
Uğurumuz qürurumuzdur

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə XTQ İdman Klubunun turniri gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi və idmana olan marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu mötəbər turnirdə Göyçay şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şahin Əliyev yüksək bacarıq, əzmkarlıq və döyüş ruhu nümayiş etdirərək I yerə layiq görülmüşdür.
Bu qələbə təkcə bir idman uğuru deyil, eyni zamanda gənc nəslin fiziki və mənəvi inkişafının, vətənə bağlılığının bariz nümunəsidir. Şahinin qazandığı bu nailiyyət onun zəhmətinin, iradəsinin və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Bu münasibətlə Şahin Əliyevi ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar və zirvələr arzulayırıq!
Eyni zamanda bu uğurda böyük rolu olan,onun yetişməsində əməyi keçən müəllimlərinə dərin təşəkkürümüzü bildiririk





