Xəbərlər
Uğurun mükafatı: Bakı ekskursiyası

Sertifikasiya imtahanında yüksək bal toplayan bir qrup müəllim üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Konfederasiyası-nın təşəbbüsü ilə İçərişəhər istiqamətində maraqlı və yaddaqalan ekskursiya təşkil olunmuşdur.
Tur çərçivəsində müəllimlər Azərbaycanın qədim tarixini və zəngin memarlıq irsini əks etdirən abidələrlə yaxından tanış olmuş, Şirvanşahlar Sarayı və Qız Qalası kimi möhtəşəm tarixi məkanları ziyarət etmişlər. Ekskursiya iştirakçıları üçün təşkil olunan nahar süfrəsi və səmimi ünsiyyət mühiti səfəri daha da xoş və yadda qalan etmişdir.
Bu tur müəllimlər üçün həm istirahət, həm də yeni tanışlıqların qurulduğu, xoş xatirələrlə yadda qalan gözəl bir gün olmuşdur. Belə təşəbbüslər müəllim əməyinə verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, onların motivasiyasının artırılmasına da töhfə verir.












