“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu Öndər H.Əliyevin 103 illik xatirəsinə həsr edilmiş voleybol turniri

28/05/2026, 11:44
xeber1

Masallı ETİHİ Masallı Rayon Komitəsi ,Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol turniri keçirilib.Masallı Olimpiya Kompleksində iki gün (1–2 may) davam edən turnirdə rayonun müxtəlif ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər.

Yarışdan əvvəl Ulu Öndərin və şəhidlərin xatirəsi ehtiramla yad olunub, bu dahi şəxsiyyətin idmana və gənclərin sağlam inkişafına göstərdiyi diqqət vurğulanıb.

Gərgin və maraqlı keçən oyunların nəticəsinə əsasən, Türkoba kənd S.Vurğun adına tam orta məktəbin komandası birinci, Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin komandası ikinci, Qodman kənd C.Kazımov adına tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Qaliblər təşkilat komitəsi tərəfindən diplomlarla təltif ediliblər.

Turnirin əsas məqsədi Ümummilli Liderin irsinin təbliği, yeniyetmələr arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və voleybolun inkişafına dəstək vermək olub

Gallery Image

Sosial şəbəkələrdə paylaş: