Xəbərlər
Ulu Öndər Heydər Əliyevin 102-ci İldönümünə Həsr Olunmuş Şahmat Yarışı Keçirildi

19 aprel 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat yarışı təşkil olunub.
Rayon üzrə keçirilən şahmat birinciliyində fərqlənən müəllimlər aşağıdakı nəticələri göstərmişlər:
I yer – Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə fənn müəllimi Heybətov Azad Amanşah oğlu
II yer – Pirəbədil kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya fənn müəllimi Məhəmmədəliyev Mərdan Rafiq oğlu
III yer – Çayqaraqaşlı kənd ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Həsənov Şəhriyar Ziyadxan oğlu.
Yarışın qalibləri və hakimləri diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Tədbirin yüksək səviyyədə təşkilinə və təhsil işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürümüzü bildiririk.








