Xəbərlər
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri Xiyaban ziyarət olunub
10/05/2025, 16:45

10 may 2025-ci il tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Heydər Əliyevin Azərbaycan xalqı və təhsili üçün gördüyü misilsiz xidmətlər hər zaman minnətdarlıqla xatırlanır və gələcək nəsillərə örnək kimi təqdim olunur.
Ulu Öndərin xatirəsi qəlbimizdə daim yaşayacaq!




