“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat yarışı

20/10/2025, 17:14
xeber1


21 aprel tarixində Abşeron rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında şahmat yarışı keçirilib.

Yarış Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi müəllimlər arasında intellektual bacarıqların inkişaf etdirilməsi, analitik düşüncə və strateji qərarvermə qabiliyyətinin artırılması, eləcə də sağlam rəqabət və həmrəylik ruhunun möhkəmləndirilməsi olub.


Şahmat yarışı müəllimlər üçün əsl zəka, səbir və strategiya meydanına çevrilib. Oyun zamanı iştirakçılar yalnız bir-biri ilə deyil, həm də öz düşüncə sürəti, soyuqqanlılıq və qərarvermə qabiliyyətləri ilə yarışıblar. Yarış boyu nümayiş olunan dostluq, qarşılıqlı hörmət və həmrəylik mühiti təhsil işçiləri arasında birliyin və komanda ruhunun bariz göstəricisi olub.


Gərgin və maraqlı qarşılaşmaların nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:

🥇 I yer — İsrafilov Elşad Nadir oğlu, Qobu 2 nömrəli tam orta məktəb

🥈 II yer — Ələkbərli Emil Ələkbər oğlu, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi

🥉 III yer — İsayev Raman Balamirzə oğlu, Masazır 3 nömrəli tam orta məktəb


Qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.


ETİHİ Abşeron Rayon Komitəsi adından bütün iştirakçı müəllimlərə fəallıqlarına görə dərin təşəkkür bildirilir, qaliblər isə səmimi-qəlbdən təbrik olunur.


Bu cür tədbirlər bir daha göstərir ki, zəka, bilik və mənəvi güc hər zaman qalib gəlir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi müəllimlər arasında həmrəyliyi və intellektual inkişafı təşviq edən layihələri gələcəkdə də davam etdirməyi planlaşdırır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: