Xəbərlər
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş şahmat turniri.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarına əsasən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş şahmat turnirinin Ağstafa Rayon Komitəsinin təşkilatları arasında ilkin mərhələsinə start verilmişdir. Turnirin keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında intellektual oyunlara marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması, asudə vaxtın səmərəli təşkili və kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsidir. Eyni zamanda, bu yarış Ulu Öndərin zəngin dövlətçilik irsinin, elmə və təhsilə verdiyi yüksək dəyərin bir daha təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
İlkin turda rayonun müxtəlif ümumtəhsil müəssisələrinin komandaları iştirak edir. Görüşlər yüksək idman ruhu, qarşılıqlı hörmət və ədalətli mübarizə şəraitində keçirilir. Qalib komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.Belə tədbirlər həm təhsil işçilərinin intellektual potensialının üzə çıxarılmasına, həm də kollektivlər arasında əməkdaşlıq və ünsiyyətin daha da möhkəmlənməsinə xidmət edir.







