“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Neftçala Peşə Məktəbində idman yarışı keçirilib

04/05/2026, 11:05
xeber1

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü və Neftçala Peşə Məktəbi PHŞnin təşkilatçılığı ilə məktəbin tələbələri arasında dama, stolüstü tennis, qol gücü və qaçış üzrə maraqlı idman yarışları keçirilib.


Tədbirdə ETİHİ Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova və komitə əməkdaşları, Neftçala Peşə Məktəbi PHŞnin TTİ üzrə direktor müavini Camalə Məmmədova, fiziki tərbiyə müəllimi Məcnun Novruzov, müəllim və usta heyəti, eləcə də kollektiv üzvləri fəal iştirak ediblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışların qalibləri aşağıdakı tələbələr olub:


“Qaçış” üzrə – Asiman Rzayeva və Nuran Abdullaoğlu

“Dama oyunu” üzrə – Könül Dadaşova və Məhəmməd Məhərrəmli

“Armwrestling” (qol gücü) üzrə – Nuray Kərimli və Nofəl Abdullayev

“Stolüstü tennis” üzrə – Rəna İbrahimova və İmran Həsənli

Tədbirin sonunda yarışların təşkilində böyük əməyi olan fiziki tərbiyə müəllimi Məcnun Novruzov təşəkkürnamə və mükafatla, qalib iştirakçılar sertifikat, hədiyyələr və məşqçi müəllimlər müxtəlif mükafatlarla təltif olunublar. Eyni zamanda bir qrup tələbə də həvəsləndirici hədiyyələrə layiq görülüb.


Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, asudə vaxtın səmərəli təşkili, komanda ruhunun formalaşdırılması və rəqabət əzminin gücləndirilməsi olub.


Sonda yarış iştirakçıları və təşkilatçılarla birlikdə xatirə fotosu çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: