“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan şahmat yarışı keçirilmişdir.

03/03/2026, 14:09
xeber1

ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarışlar davam edir. 03.03.2026-cı il tarixində rayon məktəbləri arasında şahmat yarışı təşkil olunmuşdur.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yarışda ümumilikdə 15 komanda iştirak etdi. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı kimi müəyyənləşdi:


I yer – 123 nömrəli tam orta məktəb

II yer – 26 nömrəli tam orta məktəb

III yer – 156 nömrəli tam orta məktəb

Qalib komandalara diplomlar, kubok, medallar və qeyd dəftəri təqdim olundu.

Tədbir yüksək təşkilatçılıq səviyyəsində keçirildi və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: