Xəbərlər
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan stolüstü tennis yarışı keçirilmişdir.

ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarışlar davam edir. 12.03.2026-cı il tarixində 156 nömrəli tam orta məktəbdə, rayon məktəbləri arasında stolüstü tennis üzrə Xəzər rayon turniri təşkil olunmuşdur.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı kimi müəyyənləşdi:
Qadınlar arasında:
I yer – Rəvanə Yılmaz 183 nömrəli tam orta məktəb.
II yer – Könül Əfəndiyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzi.
III yer – Bədirə Rəhimova136 nömrəli tam orta məktəb.
Kişilər arasında:
I yer – Xəlil İsmayılov 2 nömrəli xüsusi internat məktəbi.
II yer – Elnur Məmmədov 183 nömrəli tam orta məktəb.
III yer – Tələt Ağayev Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzi.
Qalib komandalara diplomlar, kubok, medallar təqdim olundu.
Tədbir yüksək təşkilatçılıq səviyyəsində keçirildi və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.























