“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş atletika yarışı.

09/05/2026, 00:50
xeber1

1 may 2026-cı il tarixində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş atletika üzrə Quba rayon turniri keçirilmişdir. Tədbirdə idarə nümayəndələri, müəllimlər və məktəblilər iştirak etmiş, gənc idmançılar müxtəlif məsafələr üzrə öz qüvvələrini sınamışlar. Yarış iştirakçıları yüksək əzmkarlıq və idman ruhu nümayiş etdirmişlər.

100 metr məsafəyə qaçış üzrə qaliblər:

I yer - Abdullayev Anar – Hacıhüseynli kənd tam orta məktəbi

II yer - Quliyev Eldəniz – Amsar kənd tam orta məktəbi

III yer - Telba Məhəmməd – Zərdabi qəsəbə tam orta məktəbi

800 metr məsafəyə qaçış üzrə qaliblər:

I yer - Şirinov Hacıbaba – Zərdabi qəsəbə tam orta məktəbi

II yer - Allahverdiyev Nihad – Texniki fənlər təmayüllü lisey

III yer - Ömərov Xəyyam – 1 nömrəli tam orta məktəb

Sonda qaliblər diplom, medal və hədiyyələrlə təltif olunmuşlar. Gənclərimizə gələcək yarışlarda uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: