“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dama yarışı keçirildi.

02/03/2026, 13:56
xeber1

ETİHİ Xəzər Rayon Komitəsi tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dama yarışı keçirildi.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yarışda ümumilikdə 19 komanda iştirak etdi. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı kimi müəyyənləşdi:


I yer – 230 nömrəli tam orta məktəb

II yer – 119 nömrəli tam orta məktəb

III yer – 345 nömrəli tam orta məktəb

Qalib komandalara diplomlar, kubok və medallar təqdim olundu.

Tədbir yüksək təşkilatçılıq səviyyəsində keçirildi və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: