Xəbərlər
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

04 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının qərargahında ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı Rayon Uşaq-Gənclər Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı , Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı rayon Təhsil Sektorunun təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev təhsilə, millətin tərəqqisini və inkişafını təmin edən ən güclü vasitə kimi yanaşmışdır.
Daha sonra Uşaq Gənclər-İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova çıxış edərək
"Şəhərsalma və Memarlıq ili" çərçivəsində təşkil edilən bu tədbirdə Ümummilli lider Heydər Əliyevin memarlıq fəaliyyətindən danışaraq, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətlərindən məlumat vermişdir.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov,partiya veteranı Valeh Salehov, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Lütviyyə Səftərova çıxış edərək qeyd etmişlər ki, Müasir Azərbaycan təhsilinin inkişafı birbaşa “Təhsil millətin gələcəyidir” deyən ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
UGİM-nin direktoru Xuraman Qurbanova tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə YAP İsmayıllı rayon Təşkilatının sədri Zaur Muradov və İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədova kollektiv adından təşəkkür etmişdir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” III Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalının qalibi olmuş dərnək üzvlərinəə xatirə hədiyyələri təqdim edilmiş, onların hazırladıqları rəsmlərdən ibarət sərgiyə baxış keçirmişlər.













