“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub

10/05/2025, 18:47
xeber1


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.


Ziyarətçilər Ümummilli Liderin məzarı önunə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.


Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: