Xəbərlər
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qəbələ rayon təhsil sektoru üzrə ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə Qəbələ Təhsil Sektorunun müdiri Arifə Bayramova, Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində gördüyü tarixi xidmətlərdən, rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu islahat və siyasətdən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyevin milli maraqlara əsaslanan inkişaf strategiyası bu gün Azərbaycanı regionun nüfuzlu və qüdrətli dövlətlərindən birinə çevirib.
Tədbirlərdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Tədbirlər çərçivəsində bir qrup həmkar təşkilatı üzvlərimizlə birlikdə Heydər Əliyev Muzeyi ziyarət olunmuşdur.









