Xəbərlər
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 103 İLLİYİNƏ HƏSR OLUNMUŞ ŞEİR VƏ RƏSM MÜSAQİBƏSİ
06/05/2026, 17:22

Tədbirlər Planına əsasən ETİHİ Hacıqabul Rayon Komitəsi və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş rayonun məktəbli şagirdləri arasında şeir və rəsm müsabiqələri keçirilmişdir. Müsabiqəyə rayonun 33 ümumtəhsil məktəblərindən 60 nəfərə yaxın şagird qatılmışdır.Məktəbli şagirdlərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndi.
“Çiçəklənən Azərbaycan “ adlı rəsm müsabiqəsində də balaca rəssamlar öz sözünü deyə bildi. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri ETİHİ Hacıqabul Rayon Komitəsi və UGİM-in Diplomu ilə təltif edildi.












