“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Ulu Öndərin İşıqlı Yolu-103” adlı tədbir keçirilib

07/05/2026, 11:38
xeber1

Mayın 7-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qəbələ rayonu üzrə təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nic qəsəbəsi 4 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Ulu Öndərin İşıqlı Yolu– 103” adlı tədbir keçirilib.

‎ Nic qəsəbəsi 4 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbirdə Qəbələ Təhsil Sektorunun müdiri Arifə Bayramova, məsləhətçisi Məlahət Hüseynova ,Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

‎Çıxış edənlər Ümummilli Liderin zəngin siyasi irsindən, uzaqgörən dövlətçilik siyasətindən və yüksək idarəçilik bacarığından bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda Ali Baş Komandanın qətiyyəti və rəşadətli Ordumuzun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunması xüsusi vurğulanıb.

‎Tədbirin bədii hissəsində məktəblilər tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: