Xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Günü

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyət planına uyğun olaraq , Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa rayonu təhsil sektorunun dəstəyi ilə ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatçılığı ilə 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə "Sağlam psixososial iş mühitinin yaradılmasını təmin " devizi altında ilk maarifləndirici tədbir keçirildi. Tədbir Muğanlı kənd tam orta məktəbində təşkil olunmuş və rayonun bir necə təhsil müəssisəsinin nümayəndələrini bir araya gətirmişdir.
Tədbirdə Muğanlı kənd tam orta məktəbi ilə yanaşı Sadıqlı, Köçvəlili, Böyük Kəsik, Ağgöl, Qarayazı,Soyuqbulaq kənd tam orta məktəblərinin və körpələr evi uşaq bağçasının pedaqoji heyət üzvləri iştirak etmişlər. Bununla yanaşı, Muğanlı kənd bələdiyyəsinin sədri, həmçinin məktəblərin psixoloqları da tədbirə qatılaraq mövzu ətrafında öz dəyərli fikirlərini bölüşmüşlər.
Çıxışlarda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyəti, xüsusilə təhsil müəssisələrində psixososial iş mühitinin qorunmasının vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, müəllim və digər təhsil işçilərinin sağlamlığı və rifahı tədrisin keyfiyyətinə birbaşa təsir göstərir və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı mövzuya uyğun hazırlanmış slayd təqdim olunmuş, iştirakçılar arasında fikir mübadiləsi aparılmış və əmək mühafizəsi sahəsində mövcud vəziyyət, eləcə də qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Sonda belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunmuş və iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Şərait yaratdıqları üçün Muğanlı kənd tam orta məktəbin rəhbərliyinə təşəkkür edirik.










