Xəbərlər
"Ümumdünya Əməyin Mühafizəsi Günü " münasibəti ilə tədbir keçirilmişdir.
10/04/2026, 16:01

"Ümumdünya Əməyin Mühafizəsi Günü " münasibəti ilə Sabirabad rayon E.Nadirov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində
maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi əməyin mühafizəsi sahəsində təhlükəsizlik qaydaları,iş mühitində sağlamlığın qorunması və mövcud qanunvericilik barədə məlumat vermək olmuşdur.
Tədbirdə məktəb kollektivinə əməyin mühafizəsinin əhəmiyyəti barədə məlumat verilmiş iştirakçıları maraqlandıran suallar cavablandırılmış, həmçinin mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.







