Xəbərlər
Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilmişdir.

Təhsil işçilərinin əmək hüquqlarının qorunması və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Əmək Müfəttişliyi Xidmətinin nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri 7 saylı tam orta məktəbdə 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi, əmək təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyinin diqqətə çatdırılması olmuşdur.
Tədbirdə çıxış edənlər tərəfindən əməyin mühafizəsinin əhəmiyyəti vurğulanmış, iş yerlərində sağlam və təhlükəsiz mühitin yaradılmasının prioritet məsələ olduğu qeyd edilmişdir. Eyni zamanda, əmək qanunvericiliyinin tələbləri, təhlükəsizlik qaydaları və profilaktik tədbirlərin əhəmiyyəti barədə geniş məlumat verilmiş, iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda Ümumtəhsil müəssisələrində də 28 aprel – Əməyin Mühafizəsi Günü ilə əlaqədar müvafiq tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə əmək təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlar verilmiş və maarifləndirici müzakirələr aparılmışdır.






