Xəbərlər
Ümumdünya əməyin mühafizəsi Günü” münasibətilə təlim keçirilib
24/04/2026, 18:16

ETİHİ Səbail Rayon Komitəsində 28 aprel “Ümumdünya əməyin mühafizəsi Günü” münasibətilə üzv təşkilatların həmkarlar ittifaqı sədrləri və təsərrüfat müdirlərinin iştirakı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda təlim-seminar keçirilib.
İnteraktiv formatda keçən təlim – seminarda iştirakçılar əmək mühafizəsi, stressin idarə olunması, peşəkar və emosional tükənmə, travmaların qarşısının alınması, sağlam və dəstəkverici iş mühitin yaradılması, sağlamlığın qorunması, psixoloji təhlükəsizlik mədəniyyətinin formalaşdırılması ilə bağlı təcrübələrlə tanış olub, “İdeal iş mühiti”ilə bağlı qrup işində iştirak etdilər.







